“Sədərək”də anbarı yanaraq kül olan “Supertoys” mağazalar şəbəkəsi borc içində “üzür”
Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində icarəyə götürdüyü anbar yanaraq kül olan “Supertoys” MMC-nin xüsusilə külli miqdarda vergi borcu var. Pravda.az-ın xəbərinə görə, MMC-nin dövlətə
2 258 224 AZN borcu yaranıb.
Mağazalar şəbəkəsi son illər dövlətə olan borcu ilə gündəmə gəlib.
Qeyd: Nizamnamə kapitalı 10 AZN, qeydiyyat ünvanı Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi, ev 16, mənzil 40 olan MMC-nin qanuni təmsilçisi Xəqani Vədud oğlu Cəfərovdur. 2024-cü ildən şirkətin icraçı direktoru 2013-cü ildə Azərbaycanın ən yaxşı natiqi seçilən Səidə Fətullazadədir. Mağazalar şəbəkəsinin saytında 19 filialın olduğu bildirilir. Avqustun 24-də anbarın yanması nəticəsində şirkətə yüz minlərlə manat ziyan dəydiyi bildirilir.
Tarix: Bu gün, 11:56