Sensasion detallar ÜZƏ ÇIXDI: Nəcməddin Sadıkov Türkiyədə DİNDİRİLİB

Sensasion detallar ÜZƏ ÇIXDI: Nəcməddin Sadıkov Türkiyədə DİNDİRİLİB
2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkov Türkiyə xüsusi xidmət orqanları tərəfindən dindirilib.
Azsiamaz.com
xəbər verir ki, bu barədə nüfuzlu "Middle East Eye" qəzetinin müxbiri Ragıp Soylu diplomatik mənbələrə istinadla məlumat yayıb.
Onun sözlərinə görə, 44 günlük müharibə dövründə Ankara təkcə Azərbaycana döyüş dronları, radioelektron mübarizə sistemləri və kəşfiyyat avadanlıqları təmin etməyib. Eyni zamanda, Türkiyə rəsmiləri Azərbaycan ordusunda Rusiya tərəfdarı şəxslərin müəyyənləşdirilməsində iştirak ediblər.
“Bu “ünsürlərdən” biri də rusiyayönlü simpatiyada şübhəli bilinən Azərbaycan Silahlı Qüvvələrinin o zamankı Baş Qərargah rəisi Nəcməddin Sadıkov olub. Vəziyyətlə tanış olan mənbənin MEE-yə verdiyi məlumata görə, müharibə günlərində Türkiyə hakimiyyəti onun deportasiyasını təşkil edib, dindirmək üçün Türkiyəyə aparıb və yalnız bundan sonra Rusiyaya qayıtmasına icazə verib.”, – deyə Ragıp Soylu yazır.
Musavat.com
Tarix: Bu gün, 14:03
Xəbəri paylaş





Xəbər lenti