ABB də boyun qaçırır, qosqoca `Azercell` də... - "Hər ikisinə ayıb olsun!"

 ABB də boyun qaçırır, qosqoca `Azercell` də... -
"Aprel ayının 24-ü tarizində "Azercell"ə ABB tətbiqi ilə 20 manat balans yükləmişəm". "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Tofiq Baliyev adlı istifadəçi gileylənir.

Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir:

"Yükləmədən sonra təsdiq "sms"i gəlmədi. İndi "Azercell" deyir ki, ABB-likdir. ABB də deyir ki, ödəniş olub... problem "Azercell"dədir.

Hər ikisinə ayıb olsun! Arada mənim 20 manatım getdi.

Bu məsələni necə həll edə bilərəm?"
Tarix: 29-04-2025, 10:29
Xəbəri paylaş





Xəbər lenti