Bu xəstəxana direktorlarının ölkədən çıxışına “stop” qoyula bilər

Azərbaycanda məşhur xəstəxana direktorlarının ölkədən çıxışına məhdudiyyət qoyula bilər.Qaynarinfo-nun məlumatına görə, Şirvan, Şəki, Şabra və Saatlı rayonlardakı mərkəzi xəstəxanaların dövlətə külli miqdarda vergi borcu yaranıb.Vergi borcu olan xəstəxanalar:1. Şəki Rayon Mərkəzi Xəstəxanası (direktor Məcid Əliyev) – 121.522,49 AZN (11 saylı Ərazi Vergilər Baş İdarəsi);2. Şirvan Şəhər Mərkəzi Xəstəxanası (direktor Pərviz Rüstəmbəyov) – 94.574,87 AZN (5 saylı Ərazi Vergilər İdarəsi);3. Şabran Rayon Mərkəzi Xəstəxanası (direktor Səxavət Cəbrayılov) – 70.248,64 AZN (3 saylı Ərazi Vergilər İdarəsi);4. Saatlı Rayon Mərkəzi Xəstəxanası (direktor Pərvin Məmmədov) – 23.074,04 AZN (5 saylı Ərazi Vergilər İdarəsi).Sözügedən xəstəxana direktorlarına borcların ödənilməsi ilə bağlı vaxt verilib və əks halda, məhkəmənin qərarı ilə onların ölkədən çıxışına məhdudiyyət qoyula bilər.
Tarix: 23-04-2025, 22:39