Xırdalanda qəzalı binanın zirzəmisi satıldı - VİDEO
Xırdalan şəhərində beşmərtəbəli qəzalı binanın zirzəmisinin Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən satıldığı bildirilir, ərazidəki ağacların kəsiləceyi ehtimal edilir.
Azsiam.info xəbər verir ki, bu barədə görüntüləri jurnalist Pərvin Abışova paylaşıb.
Məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət edilsə də, tədbir görülməyib.
Pravda.az tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, eləcə də Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sorğu ünvanlanıb.