Asif Məcidov yüksək vəzifəyə təyin edilir - İdarə rəisini vəzifəli qohumu himayə edir?

4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi nazirlikdə yüksək vəzifəyə gedəcəyi deyilirEkologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Asif Məcidovun yaxın günlərdə adı çəkilən nazirlikdə yüksək vəzifəyəgedəcəyi ilə bağlı
AzFakt.com-a məlumat daxil olub. Bildirilir ki, Asif Məcidov yüksək vəzifədə işləyən qohumunun köməkliyi ilə bu vəzifəyə təyinat almaq istəyir. Onun 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi vəzifəsinə məhz yüksək vəzifədə işləyən qohumunun vasitəsi ilə təyin edildiyi deyilir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Tarix: 6-12-2024, 17:12