Rayon rəhbəri Birinci Qarabağ Müharibəsi şəhidi Səfər İsmayılovun ailəsini ziyarət edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim MəmmədovSəfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətininrayon şöbəsinin rəisi Pərviz Hüseynov, YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədovilə birlikdə Seydimli kəndində Birinci Qarabağ müharibəsi şəhidi İsmayılov Səfər İsbi oğlunun ailəsini ziyarət edib, ailənin qayğıları ilə maraqlanıb. Qeydedəkki,şəhidSəfərİsmayılov1939-cuiliyunayının5-dəTərtər rayonununSeyidimlikəndindəanadanolmuşdur.Həminkəndorta məktəbində təhsil almış və keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. Qarabağ hadisələri başlanan vaxt doğma kəndlərində N.Nərimanov adına kolxozda işləyirdi. 1992-ci il iyun ayının 19-da kolxozun mal-qarasını otararkən minaya düşərək həlak olmuşdur. Evli idi. Sevda, Sevil və Bəsdi adlı üç qızı, Baba və Ağaadlı iki oğlu var. Tərtər rayonu Seyidimli kənd qəbiristanlığında dəfn olunub. Şəhidinailəüzvlərişəhidailələrinəgöstəriləndiqqətvəqayğıyagörə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse- prezident Mehriban xanım Əliyevaya özminnətdarlıqlarını bildiriblər.