açıb, əlaqədar qurumları, hər kəsi erkən nikaha, narkotok və psixotrop
maddələrdən istifadəyə qarşı mübarizəyə çağırıb, bu sahədə güclü
maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib.
Sonra söz sakinlərə verilib. Kənd sakinlərindən Səriyyə Məmmədova Vətən
müharibəsi zamanı ziyan dəymiş evində tikinti şirkəti tərəfindən təmir işlərinin
düzgün aparılmadığı, Alim Əliyev qəbristanlığa gedən yolun təmir olunması,
Tamaşa Calalova gecə işıqlandırılması üçün quraşdırılmış işıq dirəklərində
olan işıq lampalarının dəyişdirilməsi, Rəna Abbasova kəndin içməli su
problemi, Sədaqət Orucova ev növbəsinin tezləşdirilməsi, Şamxal Mədətli
Tərtər Rayon Mərkəzi Xəstəxanasında işlə təmin olunma və digər məsələlər
barədə müraciət ediblər.
Qaldırılan məsələlər ilə əlaqədar rayon rəhbəri tərəfindən əlaqədar şəxslərə
aidiyyəti tapşırıqlar verilib.
Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla
yanaşıldığına, şəhid ailələri və qazilərə göstərilən diqqət va qayğıya görə
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-
prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
