Bərdədə su patrulları - ARAŞDIRMA

Ölkənin ən böyük kənd təsərrüfatı rayonu olan Bərdədə yerli məmurlar büdcə pulu oğurlamağın yeni üsulunu tapıblar.
Demək dövlət hər bir hektar torpağın suvarılması üçün yardım ayırıb, ancaq o pul yeyildiyi üçün "qənaət sistemi" tətbiq edirlər, artezian quyuları gecə söndürülür, bir də gündüz işə salınır. Bunula da həm dövlət ziyana düşür, həm də fermer. Çünki şəhər artezian isə düşəndə dünən suyun getdiyi yerə yenidən axmalı olur ki, bu da ikiqat zərərdir.
Məntiqlə əslində əvvəl axır həmin torpaq sahəsi sulanmalıdır, amma hökumət qurumları subsidiyanı "yediyi" üçün bu cür vaxt uzadır və suvarma prosesi növbəti ilə, yəni yeni il büdcəsinin açılmasına qədər uzadır. Beləcə zərər görən dövlət və kəndlilərdir, qazanan isə məmurlar.
İndi hər axşam artezian idarəsi məmurları kəndbəkənd düşüb artezianları söndürür. Hətta bəzi kəndlərdə "artezian patrulları" ilə kənd camaatı arasında dava düşüb, ancaq xeyiri yoxdur, Kayahan demiş, yuvarlanıb gedir ölkə bu minvalla.
https://www.facebook.com/kenan.rovshanoglu
Müəllif:
Kenan Rovshanoglu ,
Azsiamaz.com
Tarix: Bu gün, 14:42