Beyləqan sakinləri icra başçısından ŞİKAYƏTÇİDİR – “...tək məqsədləri yeyinti etməkdir” / FOTO

Beyləqan şəhərinin mərkəzi küçəsinin bir qrup sakini tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçilər iddia edirlər ki, küçələr bərbad vəziyyətdədir və İcra Hakimiyyəti bu problemlə maraqlanmır:“Biz
, sakinlər
, yaşadığımız ünvan üzrə bir çox qurumlara iradımızı bildirmişik. Lakin əhəmiyyət vermirlər.
Bu səbəbdən də məcbur qalıb media üzərindən səlahiyyətli qurumlara müraciət edirik.
Son vaxtlar guya, rayonda küçələrə asfalt çəkirlər. Görünən yerləri bəzəyib
, görünməyən yerləri isə yarımcıq qoyurlar. Bu dediklərimizi şəkillər vasitəsilə də sübut edəcəyik.
Asfalt çəkən ustalara sual ver
irik ki, bu
, magistral yoldu
r, yolun bu hissəsini niyə yarımçıq qoyursuz
, deyirlər,
icra
başçısı Əziz Əzizov
bizə belə tapşırıq verib.
Bu küçəni belə yarımçıq qoymaqla
, nə etmək istəyirlər? Yaxşı olmazmı hər yer səliqəli olsun? Rayonun arxa küçələrinə
- vəzifəli şəxslərin yaşadığı
ərazilərə başdan-başa asfalt çəkilib. B
elə çıxır ki, adi insanlar isə palçığın içərisində yaşamalıdır. V
ətəndaşlara verdikləri dəyər budur.
Üstəlik, çəkdikləri asfaltı da düzgün çəkmirlər.
Görünür, tək məqsədləri yeyinti etməkdir. Köhnə asfaltı qazıb
, yenisi çəkilməlidir. Onlar isə onun üzərindən bir qat daha gedirlər.
Onu da qeyd ed
ək ki, bizim küçə şəhidlər abidəsinin yaxınlığıdır.
Vətəndaşların şikayətinə icra başçısı Əziz Əzizov biganə yanaşır”.Jalə FAMİLQIZIRedaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Tarix: 2-04-2025, 22:30