Tərtərdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib - FOTO

Tərtərdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına
əsasən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması ilə əlaqədar
Tərtər Rayon İcra Hakimiyyətinin və 9 nömrəli Avtomobil Yollarının
Yaşıllaşdırılması MMC-nin təşkilatçılığı ilə Tərtər-Goranboy avtomobil
yolunun kənarlarında ağacəkmə aksiyası keçirilib.
Aksiyada Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov,
Dövlət Təhlükəsizlik Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Rəşad Nadirov,
YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov və 9 nömrəli Avtomobil
Yollarının Yaşıllaşdırılması MMC-nin kollektivi iştirak ediblər.
Aksiya çərçivəsində ərazidə 300 ədəd eldar şamı əkilib, əkilən ağaclar
suvarılıb, mövcud ağacların dibi yumşaldılıb və yaşıllıqlara aqrotexniki
qaydada qulluq göstərilib.
Aksiyada iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov
çıxış edərək Konstitusiyamızın bəyan etdiyi niyyətlərdən biri kimi ərazi
bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu, 2025-ci ildə
Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində
qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq Prezident İlham Əliyev tərəfindən
2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edildiyini bildirib. O, bu kimi
aksiyaların rayon ərazisində mütəmadi olaraq davam etdiriləcəyini qeyd edib.

Azsiam.info

Tərtərdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib
Tərtərdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib
Tərtərdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib
Tərtərdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib

Tarix: 10-03-2025, 17:45
Xəbəri paylaş





Xəbər lenti