Ruslar Donetsk vilayətində irəliləyib, Lesovka işğal olunub - "DeepState"

Ruslar Donetsk vilayətində irəliləyib, Lesovka işğal olunub - "DeepState"

"Rusiya işğalçı qüvvələri Donetsk bölgəsində Ukrayna Müdafiə Qüvvələrinə təzyiqlərini davam etdirir".

Bizimyol.info xəbər verir ki, bu barədə "DeepState" layihəsi məlumat verir.
"Düşmən Donetsk vilayətində daha bir yaşayış məntəqəsini - Pokrovski rayonunun Lesovka kəndini işğal edib. Rus ordusu həmçinin Lisovka, Kleşçievka, Nevelskoye, Ukrayna və onun ətraf əraziləri ilə birlikdə irəliləyib", - deyə mesajda qeyd edilir.
Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının məlumatına görə, günün əvvəlindən, sentyabrın 11-i saat 22:00-a olan məlumata görə, cəbhə xəttində düşmənlə 93 hərbi toqquşma baş verib, onlardan 23-ü hələ də davam edir.
Bildirilib ki, Pokrovski istiqamətində Ukrayna ordusu rusların 30 hücum və həmlə əməliyyatını dəf edib. Daha 22 hərbi toqquşma Kuraxovski istiqamətində qeydə alınıb. Orada ruslar fəallığını davam etdirir, Konstantinovka, Ukrainsk və Georgiyevka ərazilərində irəliləməyə çalışırlar.
Eyni zamanda Milli Qvardiyanın “Qara-Dağ” əməliyyat briqadasının zabiti Vitali Milovidov bildirib ki, Müdafiə Qüvvələrinin döyüşçüləri işğalçıların Donetsk vilayətinin Selidovo şəhərinə doğru irəliləməsini dayandıra biliblər, lakin hücumlar ardlcıl olaraq davam edir.
Tarix: 12-09-2024, 09:01
Xəbəri paylaş





Xəbər lenti