London yanğını: 58 nəfərin ölümü təsdiqlənib

London yanğını: 58 nəfərin ölümü təsdiqlənib Grenfell Tower yanğınında itkin düşmüş 58 nəfərin öldüyü ehtimal edilir, polis deyib.

Londonun qərbində çərşənbə günü baş vermiş yanğında ölümü təsdiqlənmiş 30 nəfər sonuncu rəqəmə daxildir.

Komandir Stuart Cundy ölənlərin sayı “arta bilər” deyib və “mürəkkəb” axtarış əməliyyatının həftələr çəkə biləcəyini bildirib.


O, polisin yanğında həlak olanların cəsədlərini “mümkün olduqca tez” tapacağını deyib.

BBC-də olan məlumata əsasən itkin düşən şəxslərin sayı təxminən 70 ola bilər.

Binada keçirilən axtarış əməliyyatına cümə günü təhlükəsizlik yoxlamaları üçün fasilə verilib. Lakin şənbə günü axtarış əməliyyatı bərpa olunub, komandir Cundy deyib.

Şənbə günü həmçinin kraliça II Elizabeth-in doğum günüdür.

Ad günü mesajında, o, Mançester və London şəhərlərində son aylar baş verən fəlakətlər nəticəsində ölkədə “milli əhvalın hüznlü” olduğunu qeyd edib.
Tarix: 17-06-2017, 23:25
Xəbəri paylaş





Xəbər lenti