ABŞ PYD-yә hәrbi sursat göndәrib

ABŞ PYD-yә hәrbi sursat göndәrib ABŞ PYD-yә Suriyada İŞİD-lә mübarizә mәqsәdi ilә 15 vә 20 may tarixi arasında iki böyük hәrbi sursat göndәrib.
Anadolu Ajansının xәbәrinә görә Haskiyәdәki müxbirin çәkdiyi sursat tәslimatları ABŞ prezidenti Donald Trampın PYD-ni rәsmәn silahlandırma qәrarı vermәsindәn 6 gün sonra başlayıb. 15-20 may tarixlәrindә İraq vә Suriya sәrhәddindәki Simelka qapısından iki ayrı tәslimat olmaq üzrә tәxminәn 100-ә qәdәr tır PYD bölgәsinә daxil olub. Haskiyәnin ardınca Raqqanın şimalına istiqamәtlәnәn çoxlu sayda yanacaq tankeri, zirehli texnika vә konteynelәrә yüklәnmiş döyüş sursatlarının daşındığı görülüb.

azadliq.info
Tarix: 23-05-2017, 21:37
Xəbəri paylaş





Xəbər lenti