Radarlardan itmiş sərnişin təyyarəsi qəzaya uğrayıb
Kubada radarlardan itmiş An-26 sərnişin təyyarəsinin qəzaya uğradığı məlum olub. Bu barədə "Ciber Cuba" portalı məlumat yayıb.Məlumatda bildirilir ki, hadisə adanın qərbində, Pinar-del-Rio vilayətində baş verib.
"Biz Kuba hökumətindən aviaşirkətin hava insidenti barədə xəbərin təsdiqini aldıq. Təəssüf ki, bizə həmçinin həlak olanların da olduğunu təsdiqlədilər" – deyə portal bildirib.
Qəzada ölənlərin dəqiq sayı hələlik məlum deyil.
Tarix: 30-04-2017, 08:17