Ciu-citsu üzrə qara kəmər sahibi qıza hücum etdilər - Bəxtsiz oğrular
Ərəb mənşəli 3 kişi İtaliyanın cənubunda qadını qarət etməyə cəhd ediblər. Sən demə qurban qara kəmər sahibi, idman ustasıdır.AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, oğrular dərsdən evə gedən 16 yaşlı tələbə qızın əlindən telefonunu oğurlamağa cəhd ediblər. Yolda oğrular qızı əhatəyə alaraq, hücum ediblər. Amma onların bəxti gətirməyib. Qız oğrulardan birinin üzərində fənd tətbiq etdikdə, digərləri qorxub qaçıblar.
Qız sağ-salamat evə qayıdaraq, polisə şikayət ərizəsi yollayıb.
Tarix: 5-02-2017, 20:55