Stalini hər şeydən qoruyurdu: Rəhbər öləndən sonra isə yoxa çıxdı: İndi 4 milyon qiyməti var - FOTOLAR

Stalini hər şeydən qoruyurdu: Rəhbər öləndən sonra isə yoxa çıxdı: İndi 4 milyon qiyməti var - FOTOLAR Ondan qorxur, amma ona hörmət edir, ona həmişə yol verirdilər.

Cebhe.info xəbər verir ki, Söhbət SSRİ-nin bir dönəm rəhbəri olmuş Stalinin özündən yox, maşınından gedir. O ZİS -115-dən ki, uzaqdan tanınırdı. Bu maşın SSRİ-də buraxılan ilk zirehli sedan idi. Onun da taleyi rəhbərinin taleyi kimi qəribə olmuşdu.

Dahi rəhbərdən sonra maşın ortadan yox oldu, onu bir müddət Bauman adına Universitetin həyətində gördülər. Ancaq sonra birdən-birə yoxa çıxdı və ancaq 2002-ci ildə Moskva ətrafındakı bağlardan birində tapıldı.

Stalini hər şeydən qoruyurdu: Rəhbər öləndən sonra isə yoxa çıxdı: İndi 4 milyon qiyməti var - FOTOLAR


Maşının itməsi də tapılması da qəribə olmuşdu . Kolleksiyaçı Vadim Zadorojniyə o zamanlar universitet müəllimi olan professor müraciət edərək əlində maraqlı eksponat olduğunu demişdi. Professor iddia edirdi ki, bağında elə bir maşın var ki, muzey dəyərindədir. Kolleksioner dərhal bağa gəldi və qara sedanı görən kimi dəyərini anladı. Ancaq dərhal qərar vermədi. Lixaçev adına zavodun arxivində araşdırma apardı və bundan sonra maşını almağa razılaşdı.


Maşın xaricdən adi ZİS-110-a bənzəyirdi. Müharibə illərində hazırlanan bu maşınlar ümumi istifadə üçün nəzərdə tutulmuşdu . ZİS-115 isə 1949-cu ildə siyasi elita üçün hazırlanmışdı. Bu maşınlar ZİS-110-dan tank motosikletdən fərqlənən qədər fərqlənirdi. Maşın demək olar ki, başdan-başa zirehli idi. Hər detalda istehsalçının seriya nömrəsi vardı. Bu isə konket məsuliyyətli insanı müəyyənləşdirmək məqsədi daşıyırdı. Pəncərəsi çətin mühəndis konstruksiya idi, 35 millimetrlik şüşədən hazırlanmışdı. Bütün təhlükəsizlik tədbirləri nəzərə alınmışdı.


Maşının interyeri xüsusi dəbdəbə ilə fərlənmirdi. Sadə salon 6-7 nəfər üçün nəzərdə tutulmuşdu. Təbii dərili oturacaqları vardı. Velyur və təbii yundan da istifadə olunmuşdu. Sürətdən asılı olaraq işıqlandırma sistemində də dəyişiklik vardı. Saatda 40 km-ə qədər panel yaşıl, 40-80 km-ə qədər narıncı, 80 km-dən yuxarı isə qırmızı yanırdı. Maşın 1949-cu ildə yığılmışdı. Maraqlıdır ki, maşının təhlükəsizliyini ilk olaraq onu yığan mühəndislərin üzərində sınaqdan keçirmişdilər.

Stalini hər şeydən qoruyurdu: Rəhbər öləndən sonra isə yoxa çıxdı: İndi 4 milyon qiyməti var - FOTOLAR

Deyirdilər ki, NKV zabitləri maşın hazır olandan sonra onu yığan mühəndisləri salona toplayaraq avtomatın güllələrini boşaltmışdılar. Xoşbəxtlikdən mühəndislər yaxşı işləmişdilər. Yoxsa ilk qurban özləri olacaqdı.

Ancaq Stalindən sonra bu maşın professorun bağına necə düşmüşdü? Məlumata görə, Stalin öləndən sonra onun ZİS-115-i Lixaçev adına zavoda göndərildi. Təmir üçün yox, əridilmək üçün. Ancaq bilinməyən səbəbdən maşın Bauman adına Universitetə göndərildi və orda müxtəlif sınaqlarda istifadə olundu. Maşın “məxfi” ştampı ilə göndərilmişdi. Zamanla ondan inkasator kimi istifadə edildi, universitetin kassası bu maşınla daşınırdı. Ancaq sonradan maşın universitetin arxa bağçasına göndərildi, bir müddət sonra isə müəllimlərdən biri onu aldı.

Bütün bunları öyrənən kolleksiyaçı Zadarojnı ona külli miqdar ödədi və restavrasiyaya göndərdi. İş 1 il davam etdi.

Stalini hər şeydən qoruyurdu: Rəhbər öləndən sonra isə yoxa çıxdı: İndi 4 milyon qiyməti var - FOTOLAR

Maşını hazırlayan ustalar atrıq dünyada yox idi. Ancaq arxiv sənədləri qalırdı. Ustalar maşını tamamilə sökə bilmirdilər, yenidən yığmaq üçün isə mütləq sökmək lazım idi. Ustalar bilirdilər ki, zirehli maşını sökdükdən sonra onu yığmaq mümkün olmayacaq. Sistem onlara qətiyyən tanış deyildi, üstəlik xüsusi “qorunma” sistemi vardı. Ustalar bütün köhnə sənədləri tökdülər, həmin sənədlər üstündə addım-adım iş aparıldı . Salonun əvvəlki görüntüsü bərpa edildi . Salondakı xalça Almaniyadan sifarişlə gətirildi. ZİL-də iləyən köhnə ustalardan biri sistemi az-çox bildiynə örə onu da işə cəlb etdilər. İşə 200 min dollar xərcləndi.

Bundan sonra Stalinin maşını saatda 300 km sürətlə də gedə bilərdi. Maşını idarə edən sürücü deyirdi ki, onu 100 km sürətlə sürüb və heç bir problem hiss edilməyib. Təbii ki, sınaq zamanı təkərlərdən birinin partlaması nəzərə alınmasa...

Hazırda bu unikal maşın Arxangelsk vilayətində saxlanılır. Azı 4 milyon dollar qiyməti var, ancaq satışa qoyulmur. Maşının indiki sahibi Stalinin əmanətinin qiymətsiz olduğunu deyir...

Stalini hər şeydən qoruyurdu: Rəhbər öləndən sonra isə yoxa çıxdı: İndi 4 milyon qiyməti var - FOTOLAR

Stalini hər şeydən qoruyurdu: Rəhbər öləndən sonra isə yoxa çıxdı: İndi 4 milyon qiyməti var - FOTOLAR
Stalini hər şeydən qoruyurdu: Rəhbər öləndən sonra isə yoxa çıxdı: İndi 4 milyon qiyməti var - FOTOLAR
Stalini hər şeydən qoruyurdu: Rəhbər öləndən sonra isə yoxa çıxdı: İndi 4 milyon qiyməti var - FOTOLAR













Xəzər
Cebhe.info
Tarix: 15-01-2017, 18:27
Xəbəri paylaş





Xəbər lenti