Çimərlikdə istirahət edərkən PUA ilə vuruldular - Ölənlər var


Çimərlikdə istirahət edərkən PUA ilə vuruldular - Ölənlər var (VİDEO)

Rusiyanın Qara dəniz sahilində, Krasnodar diyarında yerləşən Gelendjik kurort şəhərinə PUA hücumu edilib. 
"Unikal" xəbər verir ki, Arkhipo-Osipovka kəndindəki çimərlikdə istirahət edən altı rusiyalı Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz təyyarənin onların üzərinə düşməsi nəticəsində həlak olub.
Üç uşaq və üç böyük ölüb. Daha 17 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Qubernator Veniamin Kondratyevin sözlərinə görə, onlara lazımi yardım göstərilir.

Tarix: Bu gün, 16:45
Xəbəri paylaş





Xəbər lenti