Putin Zelenskinin təyyarəsini PARTLATMAĞI ƏMR ETDİ: Rusiyanın zavodu və hərbi poliqonu MƏHV EDİLDİ
İrlandiyada rəsmi səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenskinin təyyarəsini naməlum dronlar vurmağa cəhd etsə də, buna nail ola bilməyiblər.
Publika.az xəbər verir ki, bu barədə İrlandiyanın "The Journal" nəşri yüksək vəzifəli yerli mənbələrə istinadəla məlumat yayıb.
Dublin polisinin məlumatına görə, paytaxta yaxınlaşan Ukrayna liderinin təyyarəsini dörd naməlum uçuş aparatı uzun müddət izləyib.
Təqibdən sonra pilotsuz aparatların Zelenskinin gəlməsindən əvvəl gizli şəkildə İrlandiya dənizində yerləşdirilmiş hərbi gəminin ətrafında uçduğu bildirilir.
Mənbələr həmçinin qeyd ediblər ki, hüquq-mühafizə orqanları artıq rəsmi araşdırmaya başlayıblar — dronların qurudan, yoxsa aşkar olunmamış hansısa gəmidən havaya qalxıb-qalxmadığını müəyyən etmək üçün.
Dekabrın 4-nə keçən gecə Ukrayna Müdafiə Qüvvələri Rusiyanın ən böyük kimya zavodlarından biri olan “Nevinnomıskiy Azot”a hava zərbələri endirib.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Feysbuk hesabında məlumat yayıb.
Məlumatda qeyd olunur ki, zavod Rusiyanın hərbi-sənaye kompleksinin mühüm tərkib hissəsidir, istehsal gücü ildə 1 milyon tondan çox ammonyak və 1,4 milyon tona qədər selit patronu ilə onu partlayıcı maddələr və döyüş sursatlarının istehsalı üçün vacib komponentlərin əsas təchizatçısına çevirir. Hava zərbələri nəticəsində zavodda yanğın baş verib.
Bundan başqa, Ukrayna ordusu Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisinə, Dokuçayevski yaxınlığındakı poliqonda Rusiyanın canlı qüvvəsinə hava zərbələri endirib. Təsdiqlənmiş məlumatlara görə, Rusiyanın 60 hərbçisi ölüb və yaralanıb.
Bu və gündəmdəki bir çox xəbərləri aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız hərbi ekspert Üzeyir Cəfərovdur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Tarix: 5-12-2025, 15:53