Rusiya dron hücumlarından qorunmaq üçün GÖRÜN NƏ EDİR - FOTOLAR

ŞOK GÖRÜNTÜLƏR YAYILDI: Rusiya dron hücumlarından qorunmaq üçün GÖRÜN NƏ EDİR - FOTOLAR

 
Böyük Britaniyanın Müdafiə Nazirliyi Rusiya aerodromlarında təyyarələr üçün qoruyucu sığınacaqların tikilməsinə dair peyk görüntüləri yayıb.
Musavat.com xəbər verir ki, görüntülər 2025-ci ilin iyun ayının əvvəlində "Planet Labs" və "Airbus" şirkətləri tərəfindən çəkilib.
Məlumata görə, Moskva Ukraynanın uğurlu PUA hücumlarına cavab olaraq sərhədə yaxın və ya işğal altındakı bölgələrdə yerləşən bir sıra aerodromları möhkəmləndirməyə başlayıb.
Nazirlik tərəfindən yayılan peyk şəkilləri Krımda yerləşən Qvardeyskoye, Rusiyanın Kursk vilayətindəki Kursk-Vostoçnı və Rostov vilayətindəki Millerovo aerodromlarına aiddir. 
Müdafiə Nazirliyi bildirir ki, yeni sığınacaqlar günbəz formalı dam örtüyünə malikdir, qalın partlayışa davamlı qapılarla təchiz olunub və əlavə müdafiə məqsədilə üzəri torpaqla örtülüb.
Qeyd edək ki, indiyədək Rusiyada bu cür sığınacaqların tikildiyi yeganə aerodrom Volqoqrad vilayətindəki Marinovka aerodromu hesab olunurdu.




Tarix: Dünən, 08:52
Xəbəri paylaş





Xəbər lenti