Çin "Boinq" ("Boeing") təyyarələrindən imtina edir

Çindən cavab həmləsi - Birləşmiş Ştatlara iqtisadi zərbə

 Çin "Boinq" ("Boeing") təyyarələrindən imtina edir. Bu barədə "Blumberq" ("Bloomberg") agentliyi mənbələrə istinadla məlumat verib.
Çin hökuməti öz aviaşirkətlərinə yeni "Boeing" təyyarələrini və ABŞ istehsalı olan təyyarə ehtiyat hissələrini satın almağı qadağan edib. Bu qərar ABŞ Prezidenti Donald Trampın Çin məhsullarına qarşı 145% gömrük vergisi tətbiq etmək addımına cavab olaraq verilib.
Çini özünün ən böyük inkişaf bazarlarından biri kimi nəzərdən keçirən "Boeing" şirkətinin səhmləri artıq 3% ucuzlaşıb.Hurriyyet.az
Tarix: 15-04-2025, 16:45
Xəbəri paylaş





Xəbər lenti