Bu ölkədə 60 mindən çox nüvə bunkeri hazırlanır

Avropada müharibə təhlükəsi ilə əlaqədar İsveç mülki müdafiə sığınacaqlarının yenidən qurulmasına 100 milyon kron (9,2 milyon avro) sərmayə qoyacaq.
SAVASHMEDİA.az bu barədə “The Moscow Times” nəşruinə istinadən xəbər verir. İsveçin Fövqəladə halların idarə olunması agentliyindən (MSB) bildirilib ki, hakimiyyət vətəndaşları nüvə, kimyəvi və bioloji silahlardan qorumaq üçün 64 min bunkerin hamısını təkmilləşdirməyi planlaşdırır. Proqnoza görə, bu işlər iki-üç il çəkəcək. İsveçin bomba sığınacaqları şəbəkəsi dünyada ən irilərindən biridir. Burada 7 milyona qədər insan – ölkə əhalisinin 2/3 hissəsi yerləşə bilər. Hazırda bir neçə min yerlik 25 böyük bunkerin yenidən qurulmasına başlanılıb. Martın sonunda İsveçin baş naziri Ulf Kristersson müdafiə xərclərini soyuq müharibədən bəri rekord səviyyəyə çatdırmaq planlarını açıqlayıb. Yeni strategiyaya əsasən, xərclər 2030-cu ilə qədər ÜDM-in 3,5%-nə çatdırılacaq. Baş nazirin sözlərinə görə, ordunun modernləşdirilməsi xəzinəyə 300 milyard kron (təxminən 28 milyard avro) vəsaitə başa gələcək. Rusiyanın Ukraynaya müdaxiləsindən sonra İsveç silahlı qüvvələrini təkmilləşdirmək və mülki müdafiəni gücləndirmək səylərini artırıb. 200 ildən artıq neytral qalmasına baxmayaraq, ölkə 7 mart 2024-cü ildən etibarən NATO-nun üzv olub. 2025-ci ilin yanvarında Kristersson bildirib ki, ölkə müharibə şəraitində
deyil, amma sülh şəraitində də deyil, çünki İsveç hakerlər, pul, dezinformasiya və təxribat vasitəsilə həyata keçirilən hibrid hücumlara məruz qalır. “Rusiyanın təhlükəsi, görünür, uzunmüddətli olacaq. Bizim müdafiəmiz də belə olmalıdır”, - deyə baş nazir vurğulayıb.
Tarix: 3-04-2025, 17:11