Tramp Zelenski ilə bağlı dediklərini təkzib edib

ABŞ prezidenti Donald Tramp Böyük Britaniyanın baş naziri Kir Starmerlə görüşündə Ukrayna lideri Volodimir Zelenskini hələ də diktator hesab edib-etməməsi ilə bağlı sualı cavablandırıb. Mətbuat konfransının mətnini Reuters agentliyi yayıb.
“Mən bunu demişəm? - Vaşinqton administrasiyasının rəhbəri əvvəlki ifadələrini təkzib edib, baxmayaraq ki, müvafiq mətni olan nəşr hələ də Trampın “Truth” sosial şəbəkəsindəki səhifəsindən silinməyib.
Xatırladaq ki, fevralın 19-da Donald Tramp öz səhifəsində Zelenskini kəskin tənqid edib və onu “seçki keçirmək istəməyən diktator” adlandırıb./Report
Tarix: 28-02-2025, 08:57