Tağı İbrahimova məxsus olduğu bildirilən "Bakı Ağac Emalı"nın dövlətə olan borcu artdı



Həbsdə olan  iş adamı Tağı İbrahimova məxsus olduğu bildirilən “Bakı Ağac Emalı” ASC-nin dövlətə olan borcu artıb.
 
Pravda.az-ın xəbərinə görə, ASC-nin hazırda 333 774 AZN vergi borcu var.
 
“Bakı Ağac Emalı”nın qanuni təmsilçisi Nəriman Həsən oğlu İbrahimovdur.
 
2024-cü ildə ASC-nin ərazisində yerləşən mebel emalatxanalarında 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən partlayış baş verməsinə görə T.İbrahimov 6 il müddətinə azadlıqdan məhrum edilib.
Tarix: 31-08-2026, 17:45
Xəbəri paylaş





Xəbər lenti