“Bakı Tekstil Fabriki”nin rəhbəri Səkinə Babayeva Pandemiya zamanında Azərbaycan kömək edən Türkiyəli iş adamının 715 min dollarını mənimsəyib.
Türkiyəli iş adamı Ercan Koçak şərikli iş qurduğu azərbaycanlı iş adamı, “Bakı Tekstil Fabriki”nin rəhbəri Səkinə Babayeva tərəfindən aldadılaraq 715 min dollar vəsaitinin ələ keçirildiyini deyir: Bu Barədə “
Qafqazinfo.az” saytı yazıb. “Məni şəriklik, iş ortaqlığı kimi vədlərlə aldadan Səkinə Babayevə etibarımı qazandıqdan sonra ayrı-ayrı vaxtlarda Türkiyədən Azərbaycana göndərdiyim toplam 715 000 ABŞ dollar dəyərində malın pulunu illərdir ki, bütün xahişlərim və tələblərimə rəğmən ödəmir.
“Qafqazinfo”ya müraciət edən sahibkar bildirib ki, 2020-ci ildə dünyada COVİD -19 pandemiyasının yayıldığı bir vaxtda Azərbaycanda tibbi maska istehsal edilməsi üçün avadanlıqların gətirilməsində, fabrikin qurulmasında və xammalla təchiz olunmasında xidmətləri olub.
“Mən Səkinə Babayeva ilə 2014-cü ildə tanış olmuşam, onun dəvəti ilə Azərbaycana gəldikdə, Bakı şəhərində “Baksol” yolu adlanan ərazidə “fabrika” dediyi yerə gedib baxanda, danışdıqlarının əksinə, bu sahədə çox təcrübəsiz olduğunu anladım.
Onun sahibi olduğu tekstil fabrikinin tam qurulması üçün əlimdən nə gəlirsə, köməklik etdim və 2020-ci ilədək Səkinə Babayevaya istehsal üçün lazım olan tesktil məhsulları göndərdim.
Göndərdiyim məhsulların ödənişləri aramızdakı razılaşmaya görə ABŞ dollar ilə ödənilirdi. 2020-ci ildə yuxarıda da qeyd etdiyim kimi, COVİD-19 pandemiyası zamanı tibbi maska istehsalı üçün özümə aid olanzavadanlıq və xammalı dəyərindən qat-qat aşağı qiymətə qardaş Azərbaycana göndərdim.
Ağır günlərdə doğma Azərbaycanımıza kömək üçün artıq qazanc güdmədən gecə-gündüz çalışdıq. Mən öz xeyrimdən keçdim, bütün xammalı mümkün olan ən ucuz qiymətlə Azərbaycana göndərdim, halbuki o vaxt xammal bütün dünyada qıt idi, tapılmırdı. əgər o vaxt əlimdəki aparat və xammalı başqalarına satsam, milyonlarl gəlir əldə edə bilərdim.
Lakin pandemiyadan sonra yenidən əvvəlki kimi tekstil məhsullarını göndərdiyim zaman artıq Səkinə Babayeva məhsulların pulunu ödəməməyə başladı. Mən aramızda qarşılıqlı güvən olduğunu düşündüyüm üçün məhsul göndərilməsini dayandırmadım. Məhsulların hamısı Türkiyə Respublikasından Azərbaycan Respublikasına “ölkədən çıxma idxal bəyannaməsi” ilə göndərilib”.-deyə iş adamı bildirib.
Ercan Koçak əlavə edib ki, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına da müraciət edib.
Tarix: 28-08-2026, 10:48