“Nar”ın dəstəyi ilə inklüzivliyə dair real həyat hekayələri təqdim edilir


narin-desteyi-ile-inkluzivliye-dair-real-heyat-hekayeleri-teqdim-edilirİqtisadiyyat

Oxunma sayı: 233


“Nar”ın dəstəyi ilə həyata keçirilən “Bütün Vücudlar Danışır” sosial layihəsi inklüzivliklə bağlı maarifləndirməni yeni formatda davam etdirir. “DanceAbility Azerbaijan” tərəfindən icra olunan layihə çərçivəsində icma üzvlərinin real həyat təcrübələri illüstrasiyalı hekayələr vasitəsilə ictimaiyyətə təqdim olunur.
Bu formatda paylaşılmış ilk hekayə eşitmə məhdudiyyəti olan və əmək fəaliyyətinə yeni başlayan Nərgizin həyat təcrübəsinə əsaslanır. Bu yanaşma qısa mətn və aydın illüstrasiyalar vasitəsilə inklüzivliyə dair müxtəlif mövzuları əlçatan şəkildə çatdıraraq bu sahədə məlumatlılığın artırılmasına töhfə verir.
Qeyd edək ki, layihənin məqsədi əlilliyi olan və olmayan şəxslərin birgə iştirakını təşviq etmək, inklüziv icmanı gücləndirmək və əlillik mövzusunda ictimai məlumatlılığı artırmaqdır. 2025-ci ilin dekabr ayından etibarən davam edən layihədə indiyədək 238 nəfər iştirak edib. Onlardan 51 nəfəri əlilliyi olan, 187 nəfəri isə əlilliyi olmayan şəxslərdir. Layihə çərçivəsində rəqs məşğələləri, icma görüşləri, master-klaslar və müxtəlif birgə fəaliyyətlər təşkil olunur. İştirak etmək istəyən şəxslər qeydiyyat linki vasitəsilə müraciət edə və ya “WhatsApp” üzərindən (+994772828880) əlaqə saxlaya bilərlər.
"Nar” sosial məsuliyyət strategiyası çərçivəsində inklüziv cəmiyyətin inkişafını, bərabər imkanların yaradılmasını və hər kəsin cəmiyyət həyatında fəal iştirakını dəstəkləyir. “Bütün Vücudlar Danışır” layihəsinə göstərilən dəstək də bu istiqamətdə həyata keçirilən təşəbbüslərin tərkib hissəsidir.
Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən “Nar” son 7 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında “Nar”ın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir.






Tarix: Bu gün, 15:11
Xəbəri paylaş





Xəbər lenti