“Məktəb təhsili ilə 50 bal da toplaya bilmirlər” - ETİRAZ

"Ali təhsil müəssisələrinə qəbul qaydaları və imtahan formatı dəyişməlidir. Dünyanın heç bir ölkəsində ixtisas qrupları yoxdur və bu qədər fəndən imtahan götürülmür. Bu istismardır. Həm şagirdi, həm də valideyni!”“Yeni Sabah” xəbər verir ki, bu açıqlama ilə təhsil eksperti Elçin Əfəndiyev çıxış edib. O, bildirib ki, 6-7 fənn üzrə hazırlaşan bir abituriyent məktəb təhsili ilə kifayətlənmir və təhsili kənarda axtarır:
“Bu zaman isə ailə büdcəsi 1 fənn üzrə ən azı 70-80, bəzən isə ən çoxu 100-200, hətta 250-300 AZN xərc çəkməli olur. 6 fənn üzrə bir ailə aylıq 400 manatdan 1500 manatadək hazırlıqlara pul tökür. Bu istismar deyilsə nədir? Dövlət pulsuz təhsil verir, əziyyət çəkin təhsili qaytarın məktəbə!
Vahid qəbul qaydası işlənib hazırlanmalıdır. Dünyanın qabaqcıl ölkələrinə və onların qəbul qaydalarına baxın.
Tarix: 13-03-2026, 11:28