Ramiz Mehdiyev milyonlarla dollara satışa çıxarılan villadan DANIŞDI

"Satışa çıxarılan villanın qətiyyən bizimlə əlaqəsi yoxdur. İlk dəfədir sizdən eşidirəm".Azsiam.com xəbər verir ki, bunu "Unikal"a açıqlamasında Ramiz Mehdiyev deyib.
R.Mehdiyev villanın ona məxsus olmadığını deyib: "Bizim satışa çıxarılan villamız yoxdur. Kimə aid olduğunu bilmirəm".
Qeyd edək ki, paytaxtın Tbilisi prospektində dəyəri 8 milyon dollar olan dəbdəbəli villanın satışa çıxarıldığı və mülkün Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevə aid olduğu ilə bağlı xəbərlər yayılıb.
Tarix: 3-05-2025, 09:22