"Bakı Metropoliteni" QSC blogerlərin yuvasına çevrilir - Vüsal Aslanov bu dəfə Nəsrullaha vəzifə verdi
"Bakı Metropoliteni" QSC-nin sədri Vüsal Aslanov daha bir blogeri vəzifəyə təyin edib.Mia.az Pravda.az-a istnadla xəbər verir ki, o,
Cavid Nəsrullah “Bakı Metroliteni” QSC-də Kommunikasiya departamentinə müavin təyin olunub.
Qurumun mətbuat katibi Bəxtiyar Məmmədov faktı təsdiqləyib: “Bəli, Cavid Nəsrullah müavin təyin olunub. Bundan öncə o, "Azerfon" (Nar), "Gilan Holding"in müxtəlif şirkətlərində rəhbər vəzifələrdə və ADY-də çalışıb”.
Mia.az yada salır ki, bunna əvəl də bir neçə blogerə vəzifə verib. O, bloger kimi tanınan
Çinarə Balıyeva "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədova müavin,
bloger Şaban İmkanını isə"Bakı Metropoliteni" QSC-nin Kommunikasiya departamentinin rəhbəri postuna gətirib.
Mia.az-ın məlumatına görə, "Metropoliten"in yeni rəhbəri Vüsal Aslanov buna qədər Dövlət Dəmiryoluna (ADY) məsul vəzifə tutub. O, həm də ölkənin qumar biznesi sayılan "Topaz"ın idarəolunmasına rəhbərlik edib.
SamirMİA.AZ
Tarix: 29-03-2025, 12:12