Sahil Babayevin aparat rəhbəri təyin etdiyi Natiq Həsənov KİMDİR? – DOSYE

Sahil Babayevin aparat rəhbəri təyin etdiyi Natiq Həsənov KİMDİR?
Xəbər verdiyimiz kimi, Natiq Həsənov Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Aparatının rəhbəri təyin edilib. Bununla bağlı maliyyə naziri Sahil Babayev müvafiq əmr imzalayıb.

Bizim.Media Natiq Həsənovun dosyesini təqdim edir:

N.Həsənov 1979-cu ildə anadan olub.

O, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakültəsini bitirib, Dövlət İqtisad Universitetində magistr təhsili alıb.

Natiq Həsənov 2008-2011-ci illərdə İqtisadiyyat Nazirliyində Sahibkarlığın inkişafı siyasəti şöbəsində məsləhətçisi, 2011-2012-ci illərdə İqtisadiyyat Nazirliyinin İqtisadi siyasət, təhlil və proqnozlaşdırma şöbəsində Qeyri-neft sahələrinin inkişafı sektorunun müdiri vəzifələrində çalışıb.

O, 2012-2018-ci illərdə İqtisadiyyat Nazirliyinin Dövlətlərarası iqtisadi əməkdaşlıq şöbəsinin müdiri, 2018-ci ildən isə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini vəzifələrində işləyib.
Tarix: 10-03-2025, 18:10
Xəbəri paylaş





Xəbər lenti