Ceyhun Cəlilov 404 minlik avtomobil almaq istədi, sonra imtina etdi
Naxçıvan Nazirlər Kabinetinin 5 ədəd xidməti minik avtomobili almaq üçün elan etdiyi tender ləğv olunub. Pravda.az-ın xəbərinə görə, qərarı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qəbul edib. Bildirilib ki, satınalmanın maliyyələşdirilməsi dayandırılıb. Tenderin ümumi dəyəri 404 750 AZN olub. Qeyd: Naxçıvan Muxtar Respublikasının Baş naziri Ceyhun Ramiz oğlu Cəlilovdur.