Tramp çökdü - İranla müharibə seçkilərdə Demokratları qalib etdi

Tramp çökdü - İranla müharibə seçkilərdə Demokratları qalib etdi


ABŞ Prezidenti Donald Tramp İranla müharibənin və bunun nəticəsində yaranan yanacaq böhranının 3 noyabrda keçirilən ara seçkilərdə Demokratlar Partiyasının daha çox səs toplamasına təsir etdiyini bildirib.
Bizimesr.info xarici KİV-ə istinadən xəbər verir ki, Tramp Demokratların uğurunun səbəblərindən biri kimi İranla müharibəni göstərib. Bununla belə, o, hərbi əməliyyata başlamaq qərarını yenidən vermək imkanı olsaydı, yenə eyni addımı atacağını deyib.
Qeyd edək ki, ABŞ-da Senat və Nümayəndələr Palatasına keçirilən ara seçkilərin ilkin nəticələrinə görə, Demokratlar üstünlük əldə edir. Tramp isə Respublikaçıların uğursuzluğuna görə müdafiə naziri Pit Heqseti günahlandırmaq və onu vəzifədən azad etmək barədə düşündüyü haqda yayılan məlumatları təkzib edib.
Tarix: 5-11-2026, 13:12
Xəbəri paylaş





Xəbər lenti